Abstrakt
Klinik cəhətdən əhəmiyyətli olan və ya müəyyən pasient qruplarında dərman vasitəsinin istifadəsinin xüsusiyyətləri barədə təhlükəsizlik məlumatlarının çatışmazzlığı, doza həddinin aşılıb-aşılanmamasını müəyyən etmək üçün mütləq klinik qiymətləndirməyə müraciət olunmalıdır.
Əsas mətn
Giriş
Bəzi dərmanların kortəbii istifadəsi yeni xəstəliklər yarada bilər. Risk əsaslı yanaşma risk sahələrinin müəyyənləşdirilməsi üsullarından istifadə edən yanaşmadır. Dərman təyin edərkən bir çox faktorlar nəzərə alınmalıdır: istifadəsinə göstərişlər, əks göstərişlər, xüsusi göstərişlər və ehtiyat tədbirləri, digər dərman maddələri ilə qarşılıqlı təsiri, hamiləlik və laktasiya dövründə istifadəsi, nəqliyyat vasitələri və potensial təhlükəli mexanizmləri idarə etmə qabiliyyətinə təsiri və toksiklik. Əksər “Ulserogen” dərman maddələri gastroduodenal selikli qişada xroniki yox, kəskin xora törədirlər və bununla əlaqədar dərman qəbulu dayandırılır. Asetilsalisil turşıusu, indometasin, butadion, rezerpin və bir çox farmokoloji preparatlar “ulserogen” təsirli maddələrə aiddir. Kliniki nəzarət təsdiq edir ki, göstərilən preparatlar xora xəstəliyinin kəskinləşməsini provokasiya edir. Deyilənlərə əsasən asetilsalisil turşusu, indometosin, rezerpin və digər ulserogen təsirli maddələrin göstərilən xəstəliklərdə qəbulu əks göstərişdir. Əksər kəskin hepatitlərin 90%-ni virus, alkoqol və dərman preparatları təşkil edir. Dərman hepatitinin xolestatik forması çox vaxt aminazin və onun törəmələri, fosfoestrol, aymalin və s. preparatların qəbulu sayəsində baş verir. Hepatotoksik preparat qəbul edən xəstələrin əksəriyyətində dərman hepatitləri az simptomlu formada inkişaf etməsilə əlaqədar 14 gündə 1 dəfədən gec olmayaraq aminotransferaza, QQTF, qələvi fosfataza və bilirubinin qan zərdabında yoxlanması mütləqdir. Hazırki dövrdə hepatotoksik potensiala malik 1000-dən çox dərman birləşmələri məlumdur. Diuretiklərin böyük əksəriyyəti natriumun sidiklə ekskressiyasını aktivləşdirir. Natriumun plazmada aşağı konsentrasiyası bəzi böyrək xəstəlikləri üçün xarakterikdir. Hiponatriemiya ürək çatmamazlığı durğunluğunda da xarakterikdir. Hiponatriemiya mədə-bağırsaq traktının patologiyalarında da müşahidə olunur. Hipermaqnezimiya. Qeyd olunan hipermaqneziemiya böyrək çatmamazlığı ilə müşayiət olunur. Hipermagneziemiya hipotireozda, hepatitdə, bədxassəli şiştlərdə də qeyd olunur. Belə vəziyyətdə müalicə həkimləri mütləq laborator göstəricilərin nəticələri ilə orientasiya edərək, müalicə müddətində baş verən dəyişikliklərin dinamikasını nəzarətdə saxlamalıdır.
Antibiotiklərin zərərli təsirləri.
Böyrək və qaraciyər funksiyasına mənfi təsir edir; Sümük iliyi və immunitetə təzyiq göstərir; Göbələk yarana bilər; Adi bir öskürək sonrası böyüyüb sinusit ola bilər; Uşaqların böyümə müddəti əngəllənir; Antibiotiklə bağlı qanlı ishal, dəri ekzemaları, həzm problemləri yaşana bilər. Antibiotikllərin sıx və uyğunsuz istifadəsi zamanı müqavimət göstərən mikroorqanizmlər formalaşır. Nəticədə 2-3 ay sonra sümük iliyindəki qan hüceyrələrinin azalması ilə bağlı ağır anemiya yaşanır.
Toksiklik
Anemiyanı müalicə etmək üçün adətən dəmir hər gün 30-60 mq təyin olunur. Belə dozada bəzən qarında ağrı, ürəkbulanma, qusma ola bilər.
Dəmir güclü oksidantdır və onun dozasının artıqlığı ağır nəticələrə çatdıra bilər. Məsələn: qaraciyərin xroniki iltihabına, qaraciyərin bədxassəli riskinin artması, həmçinin ürəyin işemik xəstəliyinə. Qemoxromotozun yoxlanma transferini ölçməklə dəmir artıqlığının kliniki əlamətləri peyda olmamış biz patologiyanı təyin edirik. Mis preparatı adətən yaxşı qəbul olunur və doza gündə 5 mq böyüklər üçün qorxusuzdur. Doza > 7 sutkada olarsa qarında ağrı, ürəkbulanma, qusma və diareya əmələ gətirir. Daha yüksək dozada qaraciyərin zədələnməsinə səbəb olur. Yod tərkibli preparatlar yod >2 mq çox qalxanvari vəzin hormon ifrazını poza bilər. Uzun müddət yod defisiti olan, yaxud zobu olan insanlarda yodun kəskin artıq istifadəsi hipertireoz və az hallarda tireotoksikoz əmələ gətirə bilər. Selen preparatları. Hər gün 500 mq selen qəbulu böyüklər üçün təhlükəsizdir. Uzun müddət >900 mq istifadə ürəkbulanma, qusma, saçın tökülməsi, dırnaqların formasının dəyişilməsi, yorğunluq və periferik neyropatiyalar əmələ gətirə bilər.Sink sutkada <100mq dozada toksik olmayan mikroelement hesab edilir. Doza >150 olduqda zink ürəkbulanma, qusma və misin absorbsiyasının pozulmasına səbəb ola bilər. Çox böyük dozalarda (>300 mq sutkada) immun sistemin funksiyasının pozulması və qanda yüksək sıxlığı xolesterinin səviyyəsinin artması baş verə bilər. UIX, ateroskleroz, birincili osteosarkoma sinkin artıq dozalarında ola bilər.
Nəticə
İnsanların müalicəsinin effekti farmokoterapiyanın əsas prinsiplərinə nə qədər riayət olunmasından asılıdır. Farmakoloji preparatları təyin edərkən individual yanaşma vacibdir.
Şəkillər
Açar sözlər
İstinadlar
Ədəbiyyat
1. K. M. Xasanova. Replacement therapy with micronutrients in older people. Bakı, 2016.
2. D. F. Chebotarev. Kiev, 1977.
3. B.A.Tarika. Klinik Biokimya. Moscow, 2004.
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 25.Feb.2025
Müəllif hüququ
© 2022-2025 Azərbaycan Daxili Xəstəliklər Dərnəyi. Nəşr edilir: Uptodate İn Medicine tibb elmlər nəşriyyatı. Bütün hüquqlar qorunur..Əlaqəli məqalələr
Baxılıb: 503

