Abstrakt
Kinbeck xəstəliyi, ay sümüyünün avaskulyar nekrozu ilə xarakterizə olunan bir xəstəlikdir. Lunomalasiya və ya semilunar aseptik və işemik nekroz olaraq da bilinir. Nəzarətsiz Oral kortikosteroid qəbul edən KOAH diaqnozu qoyulmuş bir xəstədə uzun müddət kortikosteroid qəbul etdikdən sonra Kinbeck xəstəliyi inkişaf etmişdir. Xəstədə Kinbeck xəstəliyi ilə əlaqəli xəsarət və ya digər bilinən risk faktorları yox idi. Bu vəziyyət, kortikosteroidlərin istifadəsinin Kinbeck xəstəliyinin inkişafı üçün sistemik risk faktorları arasında əhəmiyyətli bir risk faktoru ola biləcəyini göstərir.
Əsas mətn
Xülasə
Kienböck xəstəliyi lunat sümüyünün avaskulyar nekrozu ilə xarakterizə olunan bir vəziyyətdir. Bu xəstəlik həmçinin lunatomalaziya və lunat sümüyünün aseptik və ya işemik nekrozu olaraq da tanınır. Kontrolsuz oral kortikosteroid istifade eden AXOX diaqnozlu xəstədə, uzun müddətli kortikosteroid istifadəsindən sonra Kienböck xəstəliyi inkişaf etmişdir. Xəstənin Kienböck xəstəliyi ilə əlaqəli olduğu bilinən heç bir travma və ya digər risk faktoru tarixçəsi yox idi. Bu hal, Kienböck xəstəliyinin sistemik risk faktorları arasında kortikosteroid istifadəsinin önəmli bir risk faktoru ola biləcəyini göstərir.
Giriş:
Kienböck xəstəliyi, lunat sümüyünün avaskulyar nekrozu ilə xarakterizə olunan bir vəziyyətdir . Və biləyin dorsomedial hissəsində ağrı, şişkinlik və sərtlik ilə özünü göstərir . Risk faktorları olaraq, genetik, anatomik, vaskular, metabolik ve sistemik faktorlarla əlaqələndirilmişdir. Lakin dəqiq etiolojik faktorlar hələ də tam aydınlaşdırılmamışdır. Təqdim edəcəyimiz klinik halda AXOX kəskinləşməsi diaqnozu ilə müalicə alan, sistemik risk faktoru olan, 73 yaşlı kişi xəstədə Kienböck xəstəliyinin aşkarlanmasından bəhs edilmişdir.
Klinik hal:
73 yaşlı kişi xəstə nəfəs darlığı, təngnəfəslik, ətraflarda neyropatik ağrı, halsızlıq şikayətləri ilə klinikamıza müraciət etmişdir. Xəstə uzun illərdir ki, AXOX xəstəliyindən əziyyət çəkdiyini bildirir ve buna bağlı uzun müddətdir ki, oral steroid qəbul edir. Obyektiv müayinədə dəri və selikli qişaları solğun, bədənin müxtəlif nahiyələrində lipomalar, sol sağrı nahiyəsində axıntılı yarası mövcüddur. Ayaqlarında Hallux-valgus simptomu müşahidə olunur. Ayaq barmaqlarının anatomik quruluşu pozulmuşdur. Auskultasiyada ağciyərlər üzərində quru fitverici tənəffüs eşidilir. Nazaldan 3 litr Oksigenlə SpO2 - 94%- dir. Laborator analizlərində WBC - 11.41 x 10^3/μL; HGB -14.7 g/dL; MCV-84 fL; PLT-179 x 10^3 ALT- 27.4 U/L, AST- 15.5 U/L, CRP- 18.66 mg/L şəklində ölçülmüşdür. Xəstəyə AXOX kəskinləşməsi müalicəsi (bronxiolitiklərlə inhalyasiya və 5 gün müddətində İ.V 40 mg steroid) ve sarğı nahiyəsindəki axıntılı yarası səbəbiylə Ampicillin- sulbaktam 4x1.5 gr başlanıldı. Xəstədə olan Hallux-Valgus simptomu, oynaqlarda ağrı və öncədən oynaqlarda yer dəyişdirən şişkinliklər və axıntılı yara anamnezinə, əsasən, revmotoloqa konsultasiya edildi. Klinik ve laborator dəyərləndirmə nəticəsində revmotolojik xəstəlik düşünülmədi. Müalicə başladıqdan 3 gün sonra xəstədə AXOX xəstəliyinin kəskinləşməsiylə əlaqədar olan təngnəfəslik yaxşılaşmağa başladı, bronx spazmı azaldı, otaq havasında SpO2 96% olaraq ölçüldü, sarğı nahiyəsindəki yaradan axıntı dayandı. Lakin 2 gün sonra xəstənin əl bilək nahiyəsində şişkinlik və ağrı şikayətləri yarandı. Təkrar Laborator dəyərləndirmədə C - reaktiv zülal (CRP) - 23.07 mg/L Kreatinin - 0.82 mg/dL Sidik cövhəri (urea) - 62.3 mg/dL, Urea nitrogeni (BUN) - 29.1 mg/dL olaraq görüldü. Travmatoloqa konsultasiya edilərək, əl-bilək rentgenoqrafiyası və ENMQ planlandı Əl falanqaları rentgenoqrafiyası ‘‘müayinə sahəsinə daxil olan sümüklərin kölgəliklərinin intensivliyi periartikulyar sahələrdə kəskin olmaqla azalıb. Sağ əlin falanqarası oynaq səthlərinin subxondral sümük səfhələri kobudlaşıb, oynaq yarıqlarının genişliyi məhduddur. Falanqalarda oynaq səthlərinin kənarlarında osteofitlər izlənilir’’ şəklində raporlandı (Şəkil.3). ENMQ müayinəsinde sağda xəstənin əli ödemli və şişkin olması səbəbiylə sinir keçiriciliyi obyektiv dəyərləndirilə bilinmədi. Xəstənin ağrı şikayətlərinin şiddətlənməsi üzərinə, uzun müddət steroid qəbulu səbəbiylə endokrinoloqa konsultasiya edildi və klinik dəyərləndirmədə ön planda Kienböck xəstəliyi düşünülən xəstəyə əl-bilək MRT çəkildi. Eyni zamanda Densitometriya planlandı ve nəticəsi Osteopenia olaraq dəyərləndirildi. Əl, əl-bilək MRT nəticəsi ‘‘osteoartroz əlamətləri. Fleksor tendonların yatağında ciddi maye artışı ( tenosinovit). Os lunatum həcmi bir qədər azalmış olub,6 mm ölçüsündə T1 hipointens, T2/FS hiperintens sahə (keçirilmiş osteonekroza ikincili olduğu düşünülən- Kienbock xəstəliyi əlaməti)’’ şeklinde raporlandı. Kienbock xəstəliyinin müalicəsi travmatoloq tərəfindən planlandı. Xəstə sonrasında kontrola gəlmədiyi üçün dinamikası haqqında məlumatımız yoxdur.
Müzakirə
Kienböck xəstəliyi, lunat sümüyünün avaskulyar nekrozu ilə xarakterizə olunan nadir bir xəstəlikdir. Bu vəziyyət adətən biləkdə ağrı, hərəkət məhdudiyyəti və şişkinlik ilə özünü göstərir . Xəstəliyin etiologiyası tam aydınlaşdırılmasa da, travma, genetik meyillilik, damar anomaliyaları və sistemik xəstəliklərin rolu əhəmiyyətlidir. Bu halda, xəstənin uzun müddət davam edən steroid istifadəsi, Kienböck xəstəliyinin inkişafında əsas risk faktorlarından biri kimi qəbul edilmişdir. Kortikosteroidlər, damar sisteminə təsir edərək qan axınının azalmasına və sümük toxumasında metabolik pozğunluqlara səbəb ola bilər. Bu, lunat sümüyündə avaskulyar nekrozun inkişafına yol aça bilər. Xəstəmizdə travma və ya digər məlum risk faktorlarının olmaması, kortikosteroid istifadəsinin xəstəliyin etiologiyasında mühüm rol oynadığını dəstəkləyir. Radioloji qiymətləndirmə, xüsusən MRT, Kienböck xəstəliyinin diaqnostikasında əsas vasitələrdən biridir . Bu halda, MRT müayinəsi lunat sümüyündə osteonekroz əlamətlərini təsdiqləmişdir. Xəstədə müşahidə olunan sistemik hallux-valgus simptomu və osteopeniya kimi digər problemlər, ümumi skelet sisteminin zəifliyinə işarə edir və kortikosteroidlərin bu xəstəliklərdə rolunu daha da vurğulayır. Bu klinik hal, Kienböck xəstəliyinin multifaktorial təbiətini və kortikosteroid istifadəsinin bu xəstəlik üçün potensial risk faktoru olduğunu təsdiqləyir. Həmçinin, belə halların vaxtında tanınması və müalicə planlarının düzgün həyata keçirilməsi xəstənin həyat keyfiyyətini yaxşılaşdıra bilər.
Nəticə
Kienböck xəstəliyi diaqnoz və müalicə baxımından çətin bir klinik haldır. Xüsusən, steroid istifadəsi kimi sistemik risk faktorları olan xəstələrdə bu xəstəlik diqqətə alınmalıdır. Xəstəliyin erkən mərhələlərində qeyri-cərrahi müalicə effektiv ola bilsə də, irəliləmiş hallarda cərrahi müdaxilə tələb olunur. Bu hal, uzunmüddətli kortikosteroid istifadəsinin Kienböck xəstəliyinin inkişafında əsas risk faktoru ola biləcəyini göstərir və gələcəkdə daha genişmiqyaslı araşdırmalara ehtiyac olduğunu vurğulayır. Həkimlər, xüsusilə uzun müddət steroid istifadə edən xəstələrdə bilək ağrısı və hərəkət məhdudiyyəti şikayətlərinə diqqətlə yanaşmalı və vaxtında müvafiq müayinələr planlamalıdır.
Şəkillər
Açar sözlər
İstinadlar
Mənbələr:
1. Allan CH, Joshi A, Lichtman DM. J Am Acad Orthop Surg. 2001 Mar-Apr;9(2):128-36. PMID: 11281633. 2. Chojnowski K, Opiełka M, Piotrowicz M, Sobocki BK, Napora J, Dąbrowski F, Piotrowski M, Mazurek T. Recent Advances in Assessment and Treatment in Kienböck's Disease. J Clin Med. 2022 Jan 27;11(3):664. doi: 10.3390/jcm11030664. PMID: 35160115; PMCID: PMC8836398. 3. Camus EJ, Van Overstraeten L. Kienböck's disease in 2021. Orthop Traumatol Surg Res. 2022 Feb;108(1S):103161. doi: 10.1016/j.otsr.2021.103161. Epub 2021 Nov 30. PMID: 34861414.
4. Kahn SJ, Sherry DD. Kienbock’s Disease — Avascular Necrosis of the Carpal Lunate Bone — in a 7-Year-Old Girl With Dermatomyositis. Clinical Pediatrics. 1994;33(12):752-754. doi:10.1177/000992289403301210
5. Bae JY, Shin YH, Choi SW, Moon SH, Park HS, Kim JK. A novel classification of Kienbock's disease based on magnetic resonance imaging. Int Orthop. 2023 Aug;47(8):2023-2030. doi: 10.1007/s00264-023-05861-3. Epub 2023 Jun 10. PMID: 37300563.
6. Bartelmann U, Kalb K, Schmitt R, Fröhner S. Radiologische Diagnostik der Lunatumnekrose [Radiologic diagnosis of lunate necrosis]. Handchir Mikrochir Plast Chir. 2001 Nov;33(6):365-78. German. doi: 10.1055/s-2001-19454. PMID:11917675.
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 25.Feb.2025
Müəllif hüququ
© 2022-2025 Azərbaycan Daxili Xəstəliklər Dərnəyi. Nəşr edilir: Uptodate İn Medicine tibb elmlər nəşriyyatı. Bütün hüquqlar qorunur..Əlaqəli məqalələr
Ağciyər Karsinoid Şişləri: Erkən Diaqnostikanın və Multidisiplinar Yanaşmanın
Baxılıb: 361

