Abstrakt

Kəskin Böyrək Zədələnməsi Kəskin Böyrək Zədələnməsi Kəskin Böyrək Zədələnməsi Kəskin Böyrək Zədələnməsi Kəskin Böyrək Zədələnməsi Kəskin Böyrək Zədələnməsi

Əsas mətn

Suçiçəyi peyvəndi

Suçiçəyi peyvəndi əksər insanlarda suçiçəyinə qarşı ömürlük immunitet (müdafiə) təmin edir. Uşaqlar ilk dozanı 12-15 ayında, ikinci dozanı isə 4-6 yaşında almalıdırlar. Suçiçəyinə qarşı immuniteti olmayan böyük yaşlı şəxslər ən azı 28 gün aralığı ilə iki doza peyvənd almalıdırlar. Peyvəndin yan təsirləri adətən yüngül olur, şiddətli reaksiyalar nadirdir.

Suçiçəyi peyvəndi nədir?

Suçiçəyi peyvəndi sizi və ya uşağınızı suçiçəyi xəstəliyindən qoruyan iki dozalı peyvənddir. Suçiçəyi çox yoluxucu bir xəstəlikdir, qaşınma ilə müşayiət olunan səpgilərə və bəzən də daha ciddi ağırlaşmalara səbəb ola bilər. Peyvənd əksər insanların suçiçəyi xəstəliyinə tutulmasının qarşısını alır və bu xəstəliyə tutulanları ağır xəstəlikdən qoruyur.

Suçiçəyinə qarşı peyvənd ailənizi və ətrafınızdakı insanları da qoruyur. Belə ki, sizin peyvənd olunmağınız müxtəlif səbəblərə görə peyvənd ala bilməyən və suçiçəyinə yoluxduqda ağır xəstəlik riski olan insanların yoluxmasının qarşısını almağa kömək edir. Nə qədər çox insan peyvənd alarsa, insan cəmiyyəti bir o qədər yaxşı qorunmuş olar.

Suçiçəyi peyvəndinin başqa adı Varisella vaksinidir. Bunun səbəbi is suçiçəyi infeksiyasını törədən virusun adı Varicella-Zoster virusudur.

 

Suçiçəyi (varisella) peyvəndinin adı nədir?

Müxtəlif ölkələrdə fərqli şirktələr tərəfindən istehsal olunan bir neçə suçiçəyi peyvəndi mövcuddur. ABŞ-da, məsələn, iki fərqli varisella vaksini hazırda istifadə üçün təsdiq edilib:

  • Varivax®. Bu vaksin, yalnız suçiçəyi xəstəliyindən qoruyur. 12 aydan yuxarı uşaqlar və böyüklər üçün istifadəyə təsdiq edilmişdir.
  • ProQuad®. Bu MMRV peyvəndi kimi tanınır və insanları Suçiçəyi ilə yanaşı həm də qızılca, parotit və məxmərəkdən qoruyur. 12 aydan 12 yaşa qədər uşaqlar üçün istifadəyə təsdiq edilmişdir.

 

Azərbaycanda hazırda suçiçəyinə qarşı peyvənd Milli Peyvənd təqviminə daxil deyil və dövlət tərəfindən təmin edilmir. Lakin, bəzi özəl tibb müəssisələrində müraciət edən vətəndaşların vaksinasiyası aparıla bilər. 

 

Qərb ölkələrində olan Varivax və ProQuad peyvəndlərinin fərqi nədir?

Hər iki peyvənd uşaqları suçiçəyi xəstəliyinə qarşı eyni səviyyədə qoruyur. ProQuad üç əlavə xəstəliyə qarşı da müdafiəni təmin edir və MMR peyvəndi ilə eyni effektivliyə malkdir. 

Lakin 48 aydan kiçik uşaqlara vurulduqda, ProQuad vaksinin ilk dozasından sonra yan təsirlər kimi qızdırma və ya febril tutma riski bir qədər yüksəkdir. 

 

Bu səbəbdən, bəzi inkişaf etmiş ölkələrdə tövsiyə edilir:

  • İlk Doza: 48 aydan kiçik bir uşaqlarda ilk doza olaraq: iki fərqli vaksin - Varivax və ənənəvi MMR peyvəndi vurulsun.
  • ilk Doza: 48 aydan 12 yaşa qədər olan uşaqlarda isə ilk doza olaraq ya iki ayrı peyvənd (Varivax və MMR peyvəndi), ya da müştərək vaksin olan ProQuad vaksinin ilk dozası vurulsun.
  • Ikinci doza: 15 aydan 12 yaşa qədər olan uşaqlarda ikinci doza olaraq ya iki ayrı vaksin (Varivax və ənənəvi MMR peyvəndi), ya da müştərək vaksin (ProQuad) vurulsun.

 

Bütün hallarda vaksinasiya ilə bağlı əvvəlcədən həkiminizlə məsləhətləşməniz tövsiyə edilir.

 

Suçiçəyi peyvəndini kim almalıdır?

Suçiçəyi peyvəndi aşağıdakı əhali qruplarına tövsiyə olunur:  təbii suçiçəyi xəstəliyini keçirməyənlərə və suçiçəyinə qarşı iki dozada peyvənd olunmamış uşaqlar və böyüklər. Suçiçəyi peyvəndinin iki dozasını qəbul etdikdə, siz tam vaksinasiya olunmuş sayılırsınız.

 

Suçiçəyi peyvəndi bir çox ölkələrdə Uşaqlar üçün Milli peyvənd təqviminin bir hissəsidir. Beləliklə, həmin ölkələrdə uşaqların əksəriyyəti təxminən 6 yaşa qədər tam peyvənd olunur və suçiçəyi xəstəliyindən qorunur.

Bəzi böyük yaşlı şəxslər uşaqlıqda suçiçəyi xəstəliyinə tutulmadığı, habelə heç vaxt suçiçəyinə qarşı peyvənd olunmadığı üçün bu xəstəliyə qarşı müdafiəsiz qalır. Suçiçəyi infeksiyası böyüklərdə ciddi xəstəliyə səbəb ola, fəsadlara yol aça bilər. Suçiçəyi infeksiyası əvvəlki qədər geniş yayılmasa da, əksər dünya ölkələrində mütəmadi qeydə alınır və ona yoluxmaq mümkündür.

Beləliklə, suçiçəyinə qarşı heç vaxt peyvənd olunmamısınızsa və suçiçəyi xəstəliyinə tutulub tutulmadığınıza əmin deyilsinizsə, mütləq həkiminizlə danışın. Suçiçəyinə qarşı cari immunitetinizi yoxlamaq üçün qanda suçiçəyi virusuna qarşı anticismləri təyin etmək tövsiyə edilə bilər. İmmunitetiniz yoxdursa, bu o deməkdir ki, siz heç vaxt suçiçəyi keçirməmisiniz və beləliklə peyvənd almalısınız. 

Aşağıdakı hallarda ise vaksinasiya xüsusilə məqsədəmüvafiqdi:

tibb müəssisələrində çalışırsınızsa.

təhsil müəssisələrində dərs deyir və ya uşaq qayğı mərkəzlərində çalışırsınızsa. 

Ahıllar üçün müəssisələrdə çalışırsınızsa.

İmmuniteti zəif olan biri ilə yaşayır və ya ona qayğı göstərirsinizsə.

Hamiləlik planlayırsınızsa.

Müxtəlif yaşlı uşaqlarla birgə yaşayırsınızsa.

Kollecdə təhsil alırsınızsa.

Hərbi xidmətdəsinizsıə.

Beynəlxalq səfərləriniz varsa.

 

Suçiçəyi peyvəndi hansı yaşda vurulur?

Həkimlər tərəfindən 13 yaşdan kiçik uşaqlar üçün suçiçəyi peyvəndi aşağıdakı tərzdə tövsiyə edilir:

12-15 aylığında: birinci doza.

4-6 yaş aralığında: ikinci doza.

 

Uşağınız ikinci dozanı daha erkən də ala bilər. Lakin, ikinci doza birinci dozadan ən azı üç ay sonra vurulmalıdır. Pediatrınız ilə peyvəndin dozaları arasında vaxt intervalı barəsində məsləhətləşin.

 

13 yaş və daha yuxarı yaşlı uşaq və yeniyetmələrdə, habelə böyük yaşlı şəxslərdə peyvəndin iki dozası 28 gün aralıqla vurulmalıdır.

 

Kimlərə suçiçəyi peyvəndi vurulmamalıdır?

Müəyyən xəstəliklər və ya tibbi durumlar, qəbul etdikləri dərmanlar və ya digər səbəblərdən dolayı, bəzi insanlara suçiçəyi peyvəndi vurulmamalıdır. Belə hallarda həkiminiz sizə peyvəndin ümumiyyətlə vurulmaması və ya onun vurulmasının gecikdirilməsi ilə bağlı əlavə məlumat verəcəkdir. 

 

Aşağıdakı hallarda vaksinasiyadan əvvəl mütləq həkiminizlə məsləhətləşin:

  • İmmun sisteminə təsir edən bir tibbi vəziyyət və ya qəbul etdiyiniz dərman varsa.
  • İmmun sisteminin pozuntusu olan bioloji valideyn və ya yaxın ailə üzvü varsa.
  • Vərəm xəstəliyi varsa.
  • Hamiləsinizsə və ya hamilə olma ehtimalınız varsa.
  • Aspirin (və ya digər salisilatlar qrupuna aid dərmanlar), steroidlər (prednizolon, deksametazon kimi) və ya asiklovir dərmanı qəbul edirsinizsə.
  • Onkoloji diaqnoz qoyulubsa.
  • Bu yaxınlarda immunqlobulin də daxil olmaqla, hər hansı qan preparatı almısınızsa.
  • Son 28 gün ərzində başqa bir canlı virusdan hazırlanmış peyvənd almısınızsa.
  • Əvvəllər suçiçəyi peyvəndi və ya onun tərkibindəki maddələrə qarşı allergik reaksiyanız olubsa.
  • Hər hansı ciddi allergiyanız varsa.

 

Həkiminiz bütün bunları sizinlə aydınlaşdıracaq və növbəti addımların nədən ibarət olacağını sizinlə məsləhət edəcəkdir.

 

Suçiçəyinə qarşı immuniteti olan şəxslər.

Suçiçəyinə qarşı immuniteti olan insanlar artıq infeksiyadan qorunmuş hesab edilir və peyvəndə ehtiyac duymurlar. İmmunitetin olduğu aşağıdakı hallarda sübuta yetirilmiş hesab edilir:

  • Suçiçəyi və ya kəmərləyici dəmrov xəstəliyi keçirdiyinizə dair həkimin qeydi.
  • Əvvəllər suçiçəyi peyvəndini aldığınıza dair tibbi kartınızda və ya vaksinasiya pasportunda aparılmış qeyd.
  • İmmunitetinizin olduğunu göstərən qan analizləri nəticələri (qanda suçiçəyinə qarşı anticismlərin səviyyəsi).

 

Suçiçəyi peyvəndi necə vurulur?

Suçiçəyi peyvəndi tibb işçisi tərəfindən inyeksiya edilir. Həkiminiz (tibb bacısı) dərinizi spirtlə təmizləyəcək və daha sonra dərinizin ən dərin təbəqəsinə (hipodermis) vaksini inyeksiya edəcəkdir. Buna dərialtı inyeksiya deyilir. Bu, əzələ daxilinə vurulan inyeksiyalardan fərqlənir.

Birinci dozadan sonra ikinci doza üçün nə zaman gəlməli olduğunuzu həkiminiz sizə bildirəcəkdir. Bu, yaşınızdan asılıdır. 12 yaş və daha kiçik uşaqlarda dozalar arasında ən azı üç ay fasilə tələb olunur. Peyvənd təqviminə riayət edən uşaqlar isə birinci dozanı 12-15 aylığında, ikinci dozanı isə 4-6 yaşında ala bilər. 

13 yaş və yuxarı olan şəxslər isə hər iki dozanı ən azı 28 gün aralıqla ala bilər.

 

Vaksinasiyanın faydası nədir?

Suçiçəyi peyvəndi:

  • Əksər insanların suçiçəyi xəstəliyinə tutulmasının qarşısını alır.
  • Suçiçəyi xəstəliyinə yoluxan insanlarda xəstəliyin gedişatını yüngülləşdirir, ciddi fəsadların qarşısını alır.
  • Təbii suçiçəyi infeksiyası keçirmiş insanlardan fərqli olaraq, peyvənd almış şəxslərdə gələcəkdə kəmərləyici dəmrov riski əhəmiyyətli dərəcədə azalmış olur.

 

Suçiçəyi peyvəndinin riskləri və yan təsirləri hansılardır?

Varisella peyvəndi ümumiyyətlə çox təhlükəsizdir. Ancaq bütün peyvəndlər və dərmanlarda olduğu kimi, bu peyvəndin də yan təsirləri baş verə bilər. Suçiçəyi peyvəndinin yan təsirləri adətən yüngül olur və bunlara aşağıdakılar daxildir:

  • İnyeksiya yerində ağrı.
  • Yüksək hərarət.
  • İnyeksiya yerində yüngül səpgi.
  • Müvəqqəti oynaq ağrısı və oynaqda sərtlik.

 

Nadir hallarda daha ciddi yan təsirlər baş verə bilər, o cümlədən:

  • Şiddətli səpgi.
  • Ağciyər və ya qaraciyər infeksiyaları.
  • Menengit.
  • Febril tutmalar (qıcolmalar).
  • Ağır infeksiya.

 

Hər hansı bir peyvəndin ciddi allergik reaksiyaya səbəb olması nadirdir, lakin mümkündür. Sizdə və ya uşağınızda şiddətli allergik reaksiyaya dəlalət edən aşağıdakı simptomlardan biri və ya bir neçəsi rast gələrsə, mütləq təcili tibbi yardıma zəng edin:

  • Allergik övrə.
  • Üzün və boğazın şişməsi.
  • Nəfəs almaqda çətinlik.
  • Tezləşmiş ürək vurğuları.
  • Başgicəllənmə.
  • Zəiflik.

 

Suçiçəyi peyvəndi nə dərəcədə effektivdir?

Suçiçəyi peyvəndi çox effektivdir. İki dozadan sonra əksər insanlarda ömürlük immunitet formalaşmış olur.

 

Suçiçəyi peyvəndi almışamsa, suçiçəyi xəstəliyinə tutula bilərəmmi?

Peyvənd almısınızsa, suçiçəyi xəstəliyinə tutulma ehtimalı çox aşağıdır (lakin mümkündür). Əgər peyvəndin iki dozasını almısınızsa (yəni ki, peyvənd seriyasını tamamlamısınızsa) suçiçəyi xəstəliyinə tutulduqda, o adətən yüngül keçir.

Əgər peyvəndin yalnız bir dozasını almısınızsa, sizdə peyvənd almamış insanlarda görülən simptomlar müşahidə edilə bilər. 

 

Həkimə nə zaman müraciət etməliyəm?

Vaksinasiya və peyvəndlər barədə həkiminizlə danışmaqdan və məsləhətləşməkdən çəkinməyin. 

Məsələn, aşağıdakı hallarda həkiminizlə əlaqə yaradın:

  • Sizin və ya uşağınızın peyvəndə ehtiyacının olub olmadığından əmin deyilsiniz.
  • Sizin və ya uşağınızın tam peyvənd seriyasını tamamladığından əmin deyilsiniz.
  • Peyvəndin sizin üçün və ya uşağınız üçün təhlükəsizliyi ilə bağlı suallarınız varsa.
  • Milli Peyvənd cədvəli ilə bağlı suallarınız varsa.
  • Varisella peyvəndinin faydaları və riskləri haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə.

 

Suçiçəyi peyvəndi nə zamandan mövcuddur?

Suçiçəyi peyvəndi 1995-ci ildə ABŞ-da istifadəyə verilib. 1990-cı illərin əvvəllərində hər il təxminən 4 milyon insan (əsasən uşaqlar) suçiçəyi xəstəliyinə tutulurdu. Onlardan təxminən 13.500 nəfəri xəstəxanada müalicəyə ehtiyac duyurdu və hər il 150 uşaq suçiçəyinin ağırlaşmalarından vəfat edirdi.

Peyvənd vəziyyəti kəskin şəkildə yaxşılaşdırdı. Mütəxəssislərin hesablamalarına görə, 1995-ci ildən 2019-cu ilə qədər 50 yaşdan aşağı bütün insanlar arasında suçiçəyinə görə hospitalizasiya halları 94%, ölüm halları isə 97% azalıb. 

Bu müddət ərzində vaksinasiya 91 milyon suçiçəyi hadisəsinin, 238.000 hospitalizasiyanın və 2.000-ə yaxın ölümün qarşısını almağa müvəffəq olub.

 

Suçiçəyi canlı peyvənddirmi?

Bəli. Hər iki varisella peyvəndi (Varivax və ProQuad) canlı, zəiflədilmiş virusdan hazırlanan peyvəndlərdir. Bu növ peyvənddə immun reaksiyanı stimullaşdırmaq üçün zəiflədilmiş virusdan istifadə edilir.

Canlı zəiflədilmiş virusdan peyvənd hazırlamaq üçün mütəxəssislər təbiətdəki “vəhşi" varisella virusunu laboratoriyada zəiflədir. Bu proses nəticəsində virus dəyişir, və adətən xəstəlik törətmə qabiliyyətini itirir. Lakin buna rəğmən, insanın immun sistemi tərəfindən müvafiq reaksiyanın formalaşmasını stimullaşdırma qabiliyyətini qoruyub saxlayır.

 

Böyük yaşlı şəxslər üçün varisella peyvəndi varmı?

Bəli. Varivax peyvəndi böyüklər üçün təsdiq edilmişdir və geniş istifadə edilir. Bu, sizi suçiçəyi xəstəliyindən qoruyur. Bu peyvəndə qızılca, parotit və məxmərək xəstəliklərinə qarşı peyvəndlər daxil deyil. Əgər sizin bu xəstəliklərdən də qorunmağa ehtiyacınız varsa, o zaman yalnız suçiçəyinə qarşı peyvənd olan Virivax kimi vaksinlə yanaşı ayrıca olaraq MMR peyvəndi də almağınız məsləhətdir. 

ProQuad, müştərək MMRV peyvəndi isə 13 yaşdan yuxarı şəxslər üçün tövsiyə edilmir. 

 

 

Şəkillər

Açar sözlər

İstinadlar

  1. Go A.S.,Hylek E.M.,Phillips K.A. et al. Məqalənin adi
  2. Go A.S.,Hylek E.M.,Phillips K.A. et al. Məqalənin adi
  3. Go A.S.,Hylek E.M.,Phillips K.A. et al. Məqalənin adi
  4. Go A.S.,Hylek E.M.,Phillips K.A. et al. Məqalənin adi
  5. Go A.S.,Hylek E.M.,Phillips K.A. et al. Məqalənin adi
  6. Go A.S.,Hylek E.M.,Phillips K.A. et al. Məqalənin adi
  7. Go A.S.,Hylek E.M.,Phillips K.A. et al. Məqalənin adi
  8. Go A.S.,Hylek E.M.,Phillips K.A. et al. Məqalənin adi
  9. Go A.S.,Hylek E.M.,Phillips K.A. et al. Məqalənin adi

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 16.Oct.2024

Müəllif hüququ

© 2022-2025 Azərbaycan Daxili Xəstəliklər Dərnəyi. Nəşr edilir: Uptodate İn Medicine tibb elmlər nəşriyyatı. Bütün hüquqlar qorunur..

Əlaqəli məqalələr

Test article

Baxılıb: 463