28.12.2024
Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin "Azərbaycan Daxili Xəstəliklər Jurnalı" mövzu dairəsinə uyğun məqalələrin qəbulunu elan edir.
Jurnal növbəti sayında aşağıdakı növ məqalələrin dərcini planlaşdırır: - Orijinal tədqiqatların nəticələri, - Klinik hal məruzələri,- Ədəbiyyat icmalları, - Redaktora məktub, - Meta-analizlər, - Konsensus bəyanatları, - Metodik tövsiyələr, - Klinik protokollar.
Məqalələrin aşağıdakı əsas mövzulara uyğun olması gözlənilir:
- Qastroenterologiya,
- Kardiologiya,
- Endokrinologiya və diabetologiya,
- Pulmonologiya,
- Nefrologiya,
- İmmunologiya və allergologiya,
- İnfeksiyalar və vaksinlər,
- Gerontologiya və geriatriya,
- Palliativ qayğı,
- Preventiv tibb və ictimai sağlamlıq,
- Farmakologiya və klinik dərman tədqiqatları,
- Psixosomatik xəstəliklər,
- Nadir xəstəliklər və klinik genetika,
- Təcili tibbi yardım və kritik vəziyyətlər.
Məqalələrin beynəlxalq standartlara uyğun olması tələb olunur. Təqdim olunan materiallar "peer-review" prosesindən keçiriləcək.
*Son müraciət tarixi: [15 fevral 2025]
*Email: [[email protected]]
*Tel: 050-243-86-71
Daxili xəstəliklər üzrə apardığınız tədqiqatları ölkə və dünya miqyasında paylaşmaq istəyən bütün müəllifləri jurnalımıza məqalə təqdim etməyə dəvət edirik!